Advert
Advert

Moskvada 9 May paradı hərbi texnikasız keçiriləcək 

Tarix:
Moskvada 9 May paradı hərbi texnikasız keçiriləcək 
Reklam

Rusiyanın paytaxtı Moskvada 9 May - Qələbə Günü ilə bağlı parad hərbi texnikanın iştirakı olmadan keçiriləcək. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, paradda yalnız hərbçilər və aviasiya iştirak edəcək. 

Reyting.az xəbər verir ki, Moskva şəhərində keçirilməsi planlaşdırılan parad Rusiyadakı "mövcud durum" səbəbindən hərbi texnikalar olmadan təşkil edilsə də, tədbirin səma hissəsinə pilotaj qrupları və "Su-25" təyyarələri qatılacaq.

Bildirilir ki, "operativ vəziyyətə" görə, hərbi texnika karvanları, eləcə də hərbi məktəb kursantları bu parada cəlb olunmayacaqlar.

Ekspertlərin sözlərinə görə, 2022-ci ildən bəri Rusiya Federasiyasında keçirilən 9 May paradlarında hərbi texnikanın sayı getdikcə azaldılır.

Oqtay Qorçu
 

Reklam