Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko arasında keçirilən görüşdə nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və atom elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi əsas mövzular olub.
Reyting.az xəbər verir ki, bu barədə “Sputnik Uzbekistan” məlumat yayıb.
Görüşün yekununda rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsinə dair razılaşmalar əldə olunub.
Özbəkistan liderinin mətbuat xidmətinin məlumatına görə, danışıqlarda ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin daha da dərinləşdirilməsi məsələlərinə də toxunulub.
Y. Qacar