Moldovanın Baş naziri Aleksandru Muntyanu öz prinsiplərinə və əqidələrinə sadiq qala bilmədiyi üçün istefa verdiyini açıqlayıb.
Reyting.az xəbər verir ki, bu barədə Muntyanu özünün “Facebook” səhifəsində yazıb.
Muntyanu qeyd edib ki, bu gün Baş nazir vəzifəsindəki səlahiyyətlərini başa vurur:
“Baş nazir olmaq təklifini böyük məsuliyyətlə və müsbət dəyişikliklərə töhfə verə biləcəyimə dair qəti əminliklə qəbul etdim. Artıq mandatımı müdafiə etdiyim prinsiplərə və əqidələrə uyğun olaraq yerinə yetirə bilməyəcəyimi anladığım anda istefa verməyi seçirəm".
E. Kamal