“Telefonun ildırımın istiqamətinə təsir etməsi fikri elmi cəhətdən əsassızdır, çünki elektrik boşalmasının enerjisi və miqyası mobil cihazın yaydığı hər hansı radiasiya ilə müqayisə edilə bilməz”.
Reyting.az xəbər verir ki, bu barədə ekoloq və mühəndis-fizik İlya Rıbalçenko jurnalistlərə danışıb.
Onun sözlərinə görə, smartfonun işlək olub-olmamasından asılı olmayaraq, bu, ildırımvurma amili deyil. İldırım ya ən yüksək nöqtəyə, ya da ən çox cərəyan keçirici obyektə - insana düşür.
Ekspert aydınlaşdırıb ki, ildırım özü təhlükəlidir və bu zaman insanın davranışı mobil telefondan qat-qat böyük rol oynayır. İldırımvurma ehtimalı obyektin hündürlüyündən, açıq ərazidə yerləşməsindən və obyektin fiziki xüsusiyyətlərindən təsirlənir.
V. Quliyev