Advert
Advert

“Meta” şirkətinə sanksiya tətbiq olunub

Tarix:
“Meta” şirkətinə sanksiya tətbiq olunub
Reklam

Çin, amerikalı iş adamı və milyarder Mark Zukerberqə məxsus “Meta” şirkətinin süni intellekt startapı “Manus”u satın alma planını bloklayıb. Bununla da Çin tərəfi 27 aprel tarixində yenilənmiş sövdələşmənin ləğvini tələb edib.

Reyting.az-ın məlumatına görə, rəsmi Pekin bildirib ki, qərar “xarici investisiyaların təhlükəsizlik yoxlaması” çərçivəsində qəbul olunub. Lakin qərarın konkret səbəbləri açıqlanmayıb.

Bu addım ABŞ və Çin arasında süni intellekt və digər qabaqcıl texnologiyalar sahəsində rəqabətin kəskinləşdiyi bir dövrə təsadüf edir. Analitiklər hesab edirlər ki, Çin gələcəkdə də strateji texnologiyaların xarici şirkətlər tərəfindən alınmasına daha sərt yanaşacaq.

Oqtay Qorçu
 

Reklam