Almaniyanın sabiq kansleri Angela Merkel bərbər və vizajist xidmətlərinə dövlət büdcəsindən təxminən 65 min avro xərcləyib.
Reyting.az xəbər verir ki, bu barədə məlumat Bundestaqın mətbuat xidmətinin saytında yer alıb.
Məlumatda deyilir: “Bərbər və vizajist xidmətləri üçün 2024-cü il iyulun 1-dən 2026-cı il martın 31-dək xərclər 64 677 avro təşkil edib”.
O da aydınlaşdırılır ki, 2025-ci il mayın 6-dan sonra növbəti kansler Olaf Şolts üçün analoji xərclər olmayıb.
Xatırladaq ki, cari ilin fevral ayında “Tagesspiegel” Merkelin prezidentliyə namizədliyi ilə bağlı söz-söhbətlərin olduğunu yazmışdı.
V. Quliyev