“ABŞ-ın NATO-dan çıxması Avropanın maraqlarına uyğun gəlmir. Mən qəti şəkildə inanıram ki, bu, Vaşinqtonun da maraqlarına uyğun deyil".
Reyting.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel "Focus"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bugünkü qlobal çətinlikləri nəzərə alsaq, dünyanın heç bir ölkəsi təkbaşına onların öhdəsindən gələ bilməz. Merkel Çinin siyasi ambisiyalarını belə çətinliklərdən biri kimi qeyd edib.
Keçmiş kansler vurğulayıb ki, hətta ABŞ kimi böyük və güclü bir ölkənin belə dünyada bir neçə dostu olmalıdır və onlarla maraqlanmalıdır.
E. Kamal