Advert
Advert

Marsda sürətli dəyişiklik baş verir

Tarix:
Marsda sürətli dəyişiklik baş verir
Reklam

Alimlər Mars planetinin yeni əldə olunmuş görüntülərində qeyri-adi dəyişiklik aşkar ediblər.

Reyting.az xəbər verir ki, “Mars Express” kosmik aparatının çəkdiyi son görüntülərdə planetin səthində sürətlə böyük bir əraziyə yayılmağa davam edən tünd rəngli maddə diqqət çəkir. Əvvəlki fotolarda müşahidə olunmayan bu dəyişiklik alimləri təəccübləndirib.

Mütəxəssislər bildirirlər ki, yüksək dəqiqlikli stereokamera vasitəsilə əldə olunmuş şəkillərdə açıq rəngli qum sahələri ilə tünd vulkanik kül qatları yanaşı görünür. Müqayisələrə görə, 1976-cı ildə NASA-nın “Viking” kosmik proqramı çərçivəsində çəkilən görüntülərlə müqayisədə hazırda kül qatı xeyli genişlənib.

Mütəxəssislərin fikrincə, bu dəyişikliklərin əsas səbəbi çox güman ki, Marsda baş vermiş qədim vulkanik fəaliyyətdir. Planetdə yerləşən nəhəng “Olympus Mons” vulkanı da bunun sübutu kimi göstərilir.

Alimlər ehtimal edirlər ki, tünd maddənin sürətlə yayılması ya güclü Mars küləklərinin təsiri, ya da əvvəllər bu sahəni örtmüş açıq rəngli tozun zaman-zaman sovrulması nəticəsində baş verir.

Yeni kəşf göstərir ki, elm aləmində “sabit” hesab olunan Mars kimi planetdə belə səth dəyişiklikləri mütəxəssislərin hesablamalarından daha sürətlə baş verə bilər.

Oqtay Qorçu

Reklam