ABŞ dövlət katibi Marko Rubio NATO-nu tənqid edərək, alyansı “birtərəfli yol” adlandırıb.
Reyting.az xəbər verir ki, Birləşmiş Ştatların dövlət katibi Marko Rubio bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ müttəfiq ölkələri qorumaq üçün Avropada qoşun yerləşdirir, lakin Vaşinqton yardım tələb etdikdə NATO üzvləri onu qəbul etmir.
M. Rubio vurğulayıb ki, Amerika NATO ilə bağlı baxışlarını yenidən nəzərdən keçirməlidir. O, həmçinin bəyan edib ki, ABŞ-nın İrana qarşı hərbi əməliyyatı son mərhələdədir və onun yekunlaşması qaçılmazdır.
E. Kamal