Advert
Advert

Mark Rutte gələn həftə Donald Trampla görüşəcək

Tarix:
Mark Rutte gələn həftə Donald Trampla görüşəcək
Reklam

NATO-nun baş katibi ABŞ prezidenti ilə danışıqlar aparmaq üçün Vaşinqtona gedəcək.

Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ına adını açıqlanmayan Ağ ev rəsmisi məlumat sızdırıb. 

Məlumata görə, NATO-nun baş katibi Mark Rutte gələn həftə ABŞ prezidenti Donald Trampla görüşəcək. 

Bu arada NATO sözçüsü Allison Hart “WSJ”-yə şərhində səfəri təsdiqləyərək Ruttenin Vaşinqtona səfərinin əvvəlcədən planlaşdırıldığını qeyd edib.

Ötən gün Tramp “The Telegraph” qəzetinə müsahibəsində ABŞ-nın NATO-dan çıxma ehtimalının “masadan kənar mövzu” olduğunu bildirib.

E. Kamal

Reklam