Macarıstanın gələcək baş naziri Peter Magyar benzin və dizel yanacağına tətbiq edilən qiymətlərin dondurulacağını vəd edib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ötən bazar günü parlament seçkilərində Viktor Orbana qalib gələn Peter Magyar sosial şəbəkədə paylaşımında bildirib.
O, Macarıstanın MOL neft-qaz şirkətinin baş direktoru Zsolt Hernadi və digər top-menecerlərlə danışıqlar apardığını və qlobal bazar vəziyyətinə baxmayaraq, dövlətin fasiləsiz yanacaq təchizatını təmin edəcəyini təsdiqləyib.
Magyar onu da əlavə edib ki, yeni hökumət heç bir halda milli büdcəyə əlavə yük yaratmaq niyyətində deyil.
V. Quliyev