Advert
Advert

Macarıstan Ukrayna üçün 90 milyard avroluq kreditin açılmasına hazırdır

Tarix:
Macarıstan Ukrayna üçün 90 milyard avroluq kreditin açılmasına hazırdır
Reklam

Macarıstanın vəzifədən getməyə hazırlaşan hökuməti Avropa İttifaqının Ukraynaya ayrılmış 90 milyard avroluq kreditinin blokunun bu həftənin əvvəlində açılmasına hazır olduğunu bəyan edib.

Reyting.az xəbər verir ki, Budapeştin yeni rəhbərliyi də Brüssellə dondurulmuş maliyyə vəsaitlərinə çıxışla bağlı intensiv danışıqlara başlayıb.

Macarıstan Ukraynadan “Brüsselin vasitəçiliyi ilə” məlumat alıb ki, Rusiya neftinin “Drujba” kəməri vasitəsilə nəqli yaxın vaxtlarda bərpa oluna bilər.

Avropa Komissiyasının sözçüsü təsdiqləyib ki, Avrop İttifaqının (Aİ) icra hakimiyyəti “Dostluq” boru kəməri vasitəsilə neft tədarükünün bərpasını asanlaşdırmaq üçün maraqlı tərəflərlə əlaqə saxlayır. Əlavə olunub ki, bütün Aİ ölkələri liderlərin dekabrda keçirilən sammitində razılaşdırılmış 90 milyard avroluq kreditlə bağlı öhdəliklərinə əməl etməlidir.

Məlumata görə, bu vəsaitlər Rusiyanın tammiqyaslı işğalından dörd ildən artıq müddət keçdiyi və Donald Trampın 2025-ci ildə prezidentliyə qayıdışından sonra ABŞ-ın yardımının faktiki olaraq dayandırıldığı bir şəraitdə Ukraynanın mübarizəni davam etdirməsi üçün olduqca vacibdir. Bildirilir ki, Kiyevin yalnız iyun ayına qədər ehtiyaclarını ödəyə biləcək qədər maliyyə vəsaiti qalıb.

Orbanın Aİ işləri üzrə naziri Yanoş Boka bildirib ki, neft tədarükü həmin vaxta qədər bərpa olunarsa, Macarıstan 22 apreldə Aİ səfirlərinin iclasında Ukraynaya yardıma mane olmayacaq.

“Macarıstanın mövqeyi dəyişməyib. Neft varsa, pul da olacaq”, - deyə Orban bildirib.

Bir həftə əvvəl seçkilərdə böyük qələbə qazanaraq Orbanın 16 illik hakimiyyətinə son qoyan Macarıstanın yeni lideri Peter Magyar da “Mol Nyrt” neft şirkətinin sədri Zsolt Hernadydən aldığı məlumata əsasən, “Drujba” kəməri ilə nəqlin bu həftə bərpa oluna biləcəyini deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirib ki, “Drujba” vasitəsilə neft tədarükü aprelin sonuna qədər bərpa oluna bilər.

V. Quliyev
 

Reklam