Advert
Advert

Məşhur şirkət ilk dəfə maliyyə sirrini açıb 

Tarix:
Məşhur şirkət ilk dəfə maliyyə sirrini açıb 
Reklam

Amerikalı milyarder İlon Maskın "SpaceX" şirkəti ilk dəfə maliyyə hesabatını açıqlayıb. Hesabata görə, şirkət 2025-ci ili çox böyük zərərlə başa vurub. 

Reyting.az xəbər verir ki, məşhur kosmik şirkətinin gəliri 18,67 milyard dollar olsa da, xalis zərəri 4,94 milyard dollar təşkil edib.

Hesabatda vurğulanıb ki, ən əsas və mənfəətli fəaliyyətlər kosmik raketlərin buraxılışları, eləcə də "Starlink" layihəsidir. 

Mütəxəssislərin fikrincə, "SpaceX" şirkətinə dəyən bu zərərlərin səbəbi əsasən süni intellekt və neyroşəbəkələr üçün məlumat mərkəzlərinə, həmçinin orbital hesablama infrastrukturlarına yönəldilmiş iri məbləğdə investisiyalardır.

Şirkət təmsilçiləri isə hesab edirlər ki, gələcəyin ən böyük bazarı məhz süni intellekt olacaq. 

Yeni hesabatdan məlum olub ki, Maska məxsus olan şirkət yaxın illər ərzində orbitdə böyük həcmli və çoxsaylı süni intellekt məlumat mərkəzləri yerləşdirməyi planlaşdırır. Şirkətin verdiyi açıqlamada qeyd olunub ki, əsas məqsəd hər il orbitə 100 giqavat hesablama gücü çıxarmaqdır.

Bu layihələrin əsasını yenidən istifadə olunan "Starship" kosmik raketi təşkil edir. Şirkətdən bildiriblər ki, onlar kosmik yük daşınmasının maya dəyərini hər kiloqram üçün 185 dollara qədər azaltmağı hədəfləyirlər.

Yeni maliyyə hesabatı həmçinin şirkətin səhmlərinin satışa çıxarılmasına, yəni fond bazarına çıxış hazırlığında olduğunu sübut edir. Analitiklər dünyanın ən zəngin adamı olan İlon Maskın qurduğu "SpaceX" kosmik şirkətinin gələcəkdə trilyon dollarlıq dəyərə çata biləcəyini deyiblər.

Oqtay Qorçu

Reklam