Advert
Advert

Məşhur reperin Polşaya girişi qadağan edilir

Tarix:
Məşhur reperin Polşaya girişi qadağan edilir
Reklam

Məşhur reper Kanye Uestin Polşanın Çorzov şəhərində konserti ilə bağlı açıqlaması hiddətə səbəb olub və siyasətçilərin diqqətini cəlb edib.

Reyting.az xəbər verir ki, bu barədə Polşanın “Vedomosti” qəzeti məlumat yayıb. 

Nəşrin yazdığına görə, tamaşanın keçirilməli olduğu Sileziya stadionu şounun ləğv olunduğunu elan edib. Bunun ardınca Polşanın xarici işlər naziri Radoslav Sikorski və Polşa Senatının vitse-marşalı Maqdalena Biyejat amerikalı reperin ölkəyə girişinə qadağa qoyulmasına çağırıblar.

Rəsmi açıqlamalarda Polşanın faşizmdən əziyyət çəkən ölkələrdən biri olduğu xatırlanır.

V. Quliyev

Reklam