Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edib.
Reyting.az xəbər verir ki, 2026-cı ilin 23 aprelində dərc olunan rəsmi məlumata əsasən, yeni sanksiyalar siyahısına rusiyalı rep ifaçısı Timati (əsl adı Timur Yunusov) də daxil edilib.
Aİ rəsmiləri xüsusi vurğulayıblar ki, musiqiçi Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləyir və buna görə də reper kremlyönlü təbliğat yaymaqda ittiham olunur.
Fərdi sanksiyalar siyahısında Sank-Peterburq Ermitajının baş direktoru Mixail Piotrovskinin də adı var. Onu Putinin qatı təbliğatçısı və Ukraynaya qarşı işğalçı müharibənin tərəfdarı olmaqda ittiham edirlər. Avropa İttifaqı Piotrovskinin dəfələrlə Kremlin siyasətini və Ukraynaya müdaxiləsini açıq şəkildə dəstəklədiyini və bir çox çağırışlar etdiyini bildirib.
Siyahıya əlavə olaraq hərbi rəhbər Aleksey Rtişev, həmçinin "Başneft", "Slavneft" kimi neft şirkətləri, bir sıra neft emalı zavodları, "Qazprom" şirkəti və "Lukoyl"un törəmə qurumları da daxil edilib.
Sanksiyalar "Moscow Institute of Physics and Technology", eləcə də "WB Bank" və "Rus Standart" bankına da tətbiq olunub.
Bu paket Rusiyanın illərdir Ukraynaya qarşı davam edən müharibəsi ilə əlaqədar qəbul olunub.
Oqtay Qorçu