Advert
Advert

Məşhur rejissorun yeni filminin çəklişləri təxirə salınıb 

Tarix:
Məşhur rejissorun yeni filminin çəklişləri təxirə salınıb 
Reklam

Məşhur Hollivud rejissoru Vudi Allen yeni filmi ilə bağlı investorlarla əlaqəni kəsib. 

Reyting.az "World of Reel" nəşrinə istinadla xəbər verir ki, rejissorun yeni lentə aldığı ekran əsərinin çəkilişləri Madrid şəhərində qeyri-müəyyən müddətə təxirə salınıb. 

Bu barədə ilk dəfə İspaniya nəşri "Articulo14" xəbər yaysa da, ABŞ mediası Allen ilə bağlı informasiyanı tezliklə gündəmə çevirməyə tələsməyib və qısa müddət ərzində məşhur rejissorun açıqlamasını gözləyib. 

Lakin sonra məlum olub ki, yeni kino layihəsi öncədən Madrid meriyası tərəfindən maliyyələşdirilsə də, rejissorun komandası gözlənilmədən şəhər rəhbərliyi ilə əlaqəni dayandırmağa qərar verib. Qeyd olunur ki, meriya bu film üçün milyonlarla avro ayırıb və yeganə şərt Madridin adının filmin başlığında yer alması olub. Filmin adı və aktyor heyəti hələlik təsdiqlənməsə də, yeni layihənin büdcəsinin 14 milyon dollar dəyərində qiymətləndirildiyi bildirilib. 

Müqaviləyə əsasən, amerikalı rejissor filmini 2027-ci ilə qədər tamamlamalıdır, lakin yaranmış xoşagəlməz vəziyyət layihənin taleyini sual altına qoyub. 

Qeyd edək ki, Vudi Allenin son dəfə lentə aldığı film, 2023-cü ildə ekranlara çıxan, Venesiya Film Festivalı çərçivəsində nümayiş etdirilən, eyni zamanda da çox böyük maraqla qarşılanan "Böyük ironiya" olub. Allenin bu ekran əsəri tənqidçilər tərəfindən müsbət qarşılanmış və rejissorun böyük kinoda növbəti uğuru kimi qiymətləndirilmişdi.

Oqtay Qorçu

Reklam