Advert
Advert

Məşhur rejissora "Ceyms Bond" filmini çəkməyə icazə verilməyib

Tarix:
Məşhur rejissora
Reklam

Məşhur Hollivud rejissoru Stiven Spilberq kino karyerasının ilk illərində "Ceyms Bond" mövzusunda film çəkmək istəsə də, ekran əsərinin prodüseri Albert R. Brokkoli ona iki dəfə rədd cavabı verib.

Reyting.az-ın məlumatına görə, 79 yaşlı kinorejissor bu barədə "The Rest Is Entertainment" podkastında danışıb.

Onun sözlərinə görə, "Çənələr" filminin uğurundan sonra yenidən Brokkoliyə müraciət edib, lakin prodüser bu dəfə də Spilberqin təklifini qəbul etməyib.

Bir neçə il sonra Spilberqin növbəti filmi olan "Üçüncü növ yaxın təmaslar" ekranlara çıxıb və böyük uğur qazanıb. Bu filmi izlədikdən sonra prodüser Brokkoli rejissorla əlaqə saxlayıb. O, Spilberqdən xahiş edib ki, filmdə səslənən və cəmi beş not üzərində qurulan məşhur melodiyanın "Ceyms Bond" filmində istifadəsinə icazə versin. Lakin Spilberq vaxtilə ona göstərilən münasibəti xatırladaraq müəyyən şərt irəli sürüb.

Rejissor həmin melodiyanın istifadəsinə yalnız "Ceyms Bond" seriyasından olan yeni bir filmin çəkilişini ona həvalə etmək şərti ilə razılıq verəcəyini bildirib. Ancaq Hollivudun tanınmış prodüseri Albert R. Brokkoli bu təklifi də qətiyyətlə rədd edib.

Hollivud insayderlərinin sözlərinə görə, ABŞ və dünya kino tarixinin ən məşhur rejissorlarından biri hesab olunan, əsasən fantastik janrın ustası kimi tanınan, eyni zamanda kriminal və dramatik janrlarda çoxsaylı ekran əsərlərinin müəllifi olan Stiven Spilberq məhz bu səbəbdən "Ceyms Bond" filmlərinin rejissorları sırasında yer almaq imkanından məhrum olub.

Oqtay Qorçu
 

Reklam