“Bonni artıq komada deyil, lakin ağır xəstə olaraq qalır. Əməliyyatdan sonra yaxşılaşmasına baxmayaraq, tam sağalması ləng gedir”.
Reyting.az xəbər verir ki, bunu britaniyalı məşhur müğənni Bonni Taylerin nümayəndəsi “Sun” qəzetinə açıqlamasında deyib.
Bildirilir ki, Portuqaliyada təcili əməliyyatdan sonra süni komaya salınan Bonni Taylerin huşu özüş qayıtsa da, vəziyyəti ağır olaraq qalır.
Məlumatda müğənninin ölkənin cənubundakı Faro rayonundakı kilinikanın reanimasiya şöbəsində müalicəsini davam etdirdiyi vurğulanır.
Xatırladaq ki, 74 yaşlı pop-ulduz may ayında bağırsağın deşilməsinə səbəb olan ağır infeksiya ilə yaşadığı Faro şəhərindəki xəstəxanaya yerləşdirilmişdi.
V. Quliyev