Dünyaca məşhur pop-diva Alla Puqaçovanın məşhur mahnılarının əksəriyyəti peşəkar bəstəkarlar və şairlər tərəfindən yazılıb.
Reyting.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Müəlliflər Cəmiyyətinin (RAO) mətbuat xidməti məlumat yayıb.
Aydınlaşdırılıb ki, Puqaçovanın bəstəkarları arasında Leonid Derbenev, İlya Reznik, Raymond Pauls və Vladimir Şainski var. Bununla bağlı RAO qeyd edib ki, başqalarının onun hitlərini ifa etmək üçün Puqaçovanın icazəsi tələb olunmur. “İstənilən müəllif şairdən, bəstəkardan və ya onların varislərindən icazə istəyə və hitin öz versiyasını yaza bilər”, - bəyanatda deyilir.
V. Quliyev