Məşhur pop-müğənni Britni Spirsin psixi sağlamlığında ciddi problemlər yaranıb.
Reyting.az “Page Six” portalına istinadla xəbər verir ki, amerikalı müğənni yol-nəqliyyat hadisəsində təqsirli olduğunu etiraf edib və sınaq müddəti alıb.
2000-ci illərin pop-ulduzunun vəkili cinayəti "sərxoş halda ehtiyatsızlıqdan avtomobil idarə etmək" kimi təsnif təklifini qəbul edib. Məhkəmənin hökmünə görə, Britni psixi sağlamlıq müalicəsini davam etdirməli və üç aylıq alkoqoldan reablitasiya kursunu bitirməlidir.
“Müğənni, həkim və ya müəllim olmağınızdan asılı olmayaraq, biz Ventura qraflığında ilk dəfə cinayət törədən hər kəs üçün eyni qaydanı tətbiq edirik”,- hakim deyib.
V. Quliyev