Bakı əsilli məşhur müğənni Larisa Dolinanın səhhəti psləşib və ona xondroz diaqnozu qoyulub.
Reyting.az xəbər verir ki, bu barədə REN TV telekanalı məlumat yayıb.
Məlumata görə, rusiyalı sənətçi şiddətli bel ağrılarına görə təcili tibbi yardım çağırıb. Mənzilə gələn həkimlər onu müayinə etdikdən sonra xəstəxanaya yerləşdirmək qərarına gəliblər.
Jurnalistlər Dolinanın belində qığırdaq quruluşunun zədələndiyini və bunun disfunksiyaya səbəb ola biləcəyini fərz edirlər.
Telekanala dasnışan müğənninin prodüsserinin sözlərinə görə, Dolina dizayner Camal Mahmudovun Müqəddəs Endryu Anqlikan kilsəsində keçirilən moda nümayişini buraxmağa məcbur olub.
V. Quliyev