Rusiyanın Ukraynya hücumuna etiraz olaraq ölkəsini tərk edən və Ukraynanın tammiqyaslı işğalını pisləyən rus komediyaçısı Maksim Qalkin məşhur müğənni, həyat yoldaşı Alla Puqaçovanın yeni fotosunu paylaşıb.
Reyting.az-ın məlumatına görə, komediyaçının “İnstaqram” səhifəsində paylaşdığı fotoda 77 yaşlı sənətçi Kiprdəki yaxtaların yaxınlığında - Aralıq dənizinin fonunda əlində əsa ilə poz verib.
Alla Borisovna çəhrayı dama-dama donda, alçaq dabanlı çəkmələr və çəhrayı köynəkdə gözə dəyib.

Bir çox istifadəçi müğənninin əlindəki əsaya görə təəccüblənib. İzləyicilər Puqaçovanın yaxşı göründüyünü qeyd edərək, ona can sağlığı arzulayıblar.
V. Quliyev