Advert
Advert

Məşhur aktyorun ölümünə səbəb olan qadına 15 il həbs cəzası verilib 

Tarix:
Məşhur aktyorun ölümünə səbəb olan qadına 15 il həbs cəzası verilib 
Reklam

Hollivudun məşhur aktyoru Mettyu Perrinin ölüm işi üzrə saxlanılan və kriminal aləmdə "Ketamin kraliçası" kimi tanınan narkotacir Jasvin Sanqha 15 il müddətinə həbs cəzasına məhkum edilib. 

Reyting.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

42 yaşlı Sanqha aktyorun ölümünə səbəb olan narkotik maddələrin satışında təqsirli bilinib. O, əvvəl ittihamları inadla rədd etsə də, 2025-ci ildə təqsirini etiraf edib.

Ümumilikdə məşhur aktyorun ölüm işi üzrə keçirilən məhkəmədə dindirilmiş 5 nəfər öz təqsirlərini etiraf ediblər. Sanqha isə hökm oxunan üçüncü şəxs olub.

İşin içində olan həkim Salvador Plasencia 2 il 5 ay, digər həkim Mark Çavez isə 3 illik şərti cəzaya məhkum olunmaqla, 300 saat ictimai iş alıb.

54 yaşlı amerikalı kino ulduzu Mettyu Peri 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində ölü tapılıb. Ekspertizanın son rəyinə görə, ölümün əsas səbəbi ketaminin kəskin təsiri olub.

Oqtay QORÇU
 

Reklam