Advert
Advert

Məşhur aktrisa yaşadığı ölkədən köçmək istəyir

Tarix:
Məşhur aktrisa yaşadığı ölkədən köçmək istəyir
Reklam

Hollivudun 50 yaşlı məşhur aktrisası Ancelina Coli ABŞ-dan kənarda yaşamağa hazırlaşır.
   
Reyting.az xəbər verir ki, bu barədə “Globe Magazine” məlumat yayıb. 

Məlumatda deyilir ki, 50 yaşlı aktrisa ABŞ-ı tərk etmək niyyətindədir. 

Ancelina Coli həyatında dramatik dəyişikliyə hazırlaşır. Ən kiçik övladları - əkizləri Noks və Vivyen 18 yaşına çatdıqdan sonra onun Brad Pittdən icazə almasına ehtiyacı olmayacaq. Los-Ancelesdən bezən aktrisa, nəhayət, özü üçün yaşamaq istəyir.

Bir neçə həftə əvvəl ulduz Kaliforniyadakı malikanəsini 29,85 milyon dollara satış siyahısına saldırıb. 

Coli onu da etiraf edib ki, o, yeni kavalerlə tanış olmaq istəsə də, belə bir şəxs Hollivudda yoxdur.

V. Quliyev
 

Reklam