Hollivudun məşhur aktrisası Zendaya filmin premyerasında baş rol yoldaşı Sidney Svini ilə çəkilişlərdən imtina edib.
Reyting.az xəbər verir ki, insident barədə “The Tab” portalı məlumat yayıb.
Nəşrin insayderinin dediyinə görə, 28 yaşlı Zendaya siyasi baxışlarına və mübahisəli reklam çarxlarına çəkildiyinə görə Svini ilə ünsiyyətdən yayınır.
Məlumata görə, Zendaya ikinci mövsümün çəkilişləri zamanı həmsöhbətindən uzaqlaşıb və sonradan mövqeyini təkrarlayıb. Los-Anceles premyerasında aktrisalar bir-birinin yanında poza verməkdən də yayınıb və birlikdə çəkilişlərdən imtina ediblər.
V. Quliyev