Mərkəzi Bank "A+CO" və "Diadem" ASC-ləri, eləcə də "Ekolizinq" MMC-ni cərimələyib.
Reyting.az xəbər verir ki, Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb.
Bu səbəbdən məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq şirkətlərin hər biri 2 000 manat cərimə olunub.