“Yelo Bank”la bağlı hər hansı problem görmürük".
Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
O vurğulayıb ki, Avropa İttifaqının sanksiya paketinə “Yelo Bank”ın daxil edilməsi anlaşılmazlığın nəticəsidir: “Yelo Bank”ın Rusiya sisteminə qoşulması Rusiya-Ukrayna münaqişəsindən əvvələ təsadüf edib. O sistem də artıq bağlanıb. “Yelo Bank” həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Sadəcə bank tərəfindən ödənişlərdə hansısa çətinliklər ola bilər".
O qeyd edib ki, səbəbləri araşdırmaq üçün müvafiq instansiyalara müraciət ediləcək: “Ümid edirik ki, növbəti aylarda Aİ qərarını dəyişəcək. Çünki bunun üçün səbəb yoxdur”/APA
Qeyd edək ki, bankın sahibi isə milarder Vahid Ələkbərovdur.