24 iyun 2026-cı ildə “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlər təkrar silinib.
Reyting.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bununla bağlı məlumat yayıb.
Bildirilir ki, vəsaitlərin silinməsi hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.
Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.
Bildirilir ki, qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb.
Müştərilərdən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur.