Advert
Advert

Lukaşenko: ABŞ insan haqlarına deyil, gəlirə üstünlük verir

Tarix:
 Lukaşenko: ABŞ insan haqlarına deyil, gəlirə üstünlük verir
Reklam

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ siyasətinin insan haqlarından daha çox neftə üstünlük verməyə əsaslandığını, lakin respublikanın fərqli bir yanaşma tətbiq etdiyini bildirib.

Reyting.az BelTA xəbər agentliyi Lukaşenkonun sözlərini sitat gətirib.

"Trampa, Amerikaya baxın. Mən buna görə də onun siyasətini bəyənirəm - bunu zarafatla deyirəm - o, siyasəti ifrat həddə çatdırıb. O, göstərib ki, “Hansı insan hüquqları? Hansı demokratiya? Neft!” Və onlar bunun üçün öldürəcəklər, bizə raket atacaqlar, hər şeyi edəcəklər”,- deyən Belarus prezidentinin sözlərinə görə, onlar bunu edirlər ki, amerikalılar yaxşı yaşaya bilsinlər və milyardlar qazansınlar.

Lukaşenko respublikanın fərqli bir yanaşmaya sadiq olduğunu vurğulayıb:

"Bu, bizim siyasətimiz deyil, biz belə siyasət qura bilmərik. Amma biz bir vaxtlar bizim üçün də eyni şeyi istəyən bu insanların əsl üzünü gördük".

V. Quliyev
 

Reklam