Böyük Britaniya dəniz sərhədlərinin mühafizəsini gücləndirir.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili açıqlamasında bu ilin əvvəlində təxminən bir ay ərzində Britaniya sularında Rusiya sualtı qayıqlarının mövcudluğunun izlənildiyini deyib.
Con Hili bildirib ki, Britaniya qüvvələri və müttəfiqləri, o cümlədən Norveç Rusiya gəmilərinin təhlükəli fəaliyyətlərini izləyib və onların qarşısını alıb.
Nazir onu da vurğulayıb ki, bu əməliyyatı ictimaiyyətə çatdırmağın səbəbi “Rusiya prezidenti Putinin bu fəaliyyətlərin aşkar edildiyini bilməsini təmin etməkdir”.
V. Quliyev