İsrailin Livana hücumları davam edir. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cənubi Livanda həyata keçirdiyi son hücumda ən azı 10 nəfər (3-ü qadın, 3-ü uşaq olmaqla) ölüb, biri uşaq olmaqla, 4 nəfər ağır yaralanıb.
Reyting.az xarici mediaya istinadla bildirir ki, atəşkəs razılaşmasına baxmayaraq, İsrail yenidən Livanı hədəfə alıb.
Livan Səhiyyə Nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, İsrailin budəfəki hücumu Tir şəhərindəki Deyr Qanoun Ən Nahr məntəqəsini əhatə edib.
Faktla bağlı İsrail ordusu tərəfindən açıqlama verilməyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 17 apreldə İsrail və Livan arasında 10 günlük atəşkəs elan etmişdi və atəşkəs 17 maya qədər uzadılmışdı. ABŞ Dövlət Departamentinin 15 mayda verdiyi açıqlamada isə İsrail-Livan danışıqlarının son dərəcə məhsuldar olduğu qeyd edilib və atəşkəsin daha 45 gün uzadılacağı bildirilib.
E. Kamal