“Litva ordusu ölkənin hava məkanına daxil olan bütün dronları vurmalıdır”.
Reyting.az “Delfi Lietuva” istinadla xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.
"Litva ərazisinə daxil olan hər hansı bir dron təhlükə yaradır, çünki ilk növbədə, onun haradan gəldiyini, harada düşəcəyini və ya məqsədinin nə olduğunu bilmirik", - deyə G. Nauseda əlavə edib.
Dövlət başçısının sözlərinə görə, Litva Silahlı Qüvvələri bu cür dronları məhv etməlidir.
Finlandiya və Latviyada baş verən son dron qəzalarına toxunan G. Nauseda bildirib ki, xarici dronların ölkəsinin üzərindən istifadəsinə qarşıdır.
E. Kamal