Advert
Advert

Lisenziyasız pilot 17 il ərzində 900-dən çox uçuş həyata keçirib

Tarix:
Lisenziyasız pilot 17 il ərzində 900-dən çox uçuş həyata keçirib
Reklam

Kanadanın Ontario əyalətində fəaliyyət göstərən Peel Regional Polisi “Air Canada” şirkətində çalışan pilotlardan biri ilə bağlı aparılan istintaqın nəticələrinə dair yazılı açıqlama yayıb. Araşdırma pilotun sənədlərində qanun pozuntuları aşkar edildikdən sonra başlanıb.

Reyting.az xəbər verir ki, açıqlamada Ceffri Uollun kommersiya pilot lisenziyasına (CPL-A) malik olduğu, lakin Hava Yolları Nəqliyyatı Pilotu Lisenziyasına (ATPL-A) sahib olmadığı bildirilib.

Məlumata görə, Uoll 2009-cu ildə tələb olunan lisenziya olmadan aviaşirkətdə pilot kimi fəaliyyətə başlayıb və 2025-ci ildə təqaüdə çıxıb.

Qeyd olunub ki, o, 27 illik karyerası ərzində, o cümlədən təxminən 17 il ərzində, 900-dən çox daxili və beynəlxalq reys həyata keçirib. Bu müddətdə lisenziyasız pilot kimi fəaliyyət göstərən Uollun 2,9 milyon Kanada dollarından artıq əməkhaqqı aldığı bildirilib.

Polis həmçinin pilotun iyunun 1-də həbs edildiyini açıqlayıb.

Açıqlamada qeyd olunur ki, Uoll fırıldaqçılıq, sənəd saxtakarlığı, ictimai etimaddan sui-istifadə və saxta nişan saxlamaq da daxil olmaqla bir sıra ittihamlarla üzləşib.

Hüquq-mühafizə orqanları bu iş üzrə aparılan istintaqı “film ssenarisi”nə bənzədiblər.

CNN-in məlumatına görə, “Air Canada” şirkəti məsələ ilə bağlı açıqlamasında bildirib ki, pilotlar uçuş bacarıqlarının yoxlanılması məqsədilə hər altı aydan bir məcburi təlimlərdən keçirlər. Şirkət həmçinin Uollun fəaliyyəti dövründə heç bir təhlükəsizlik pozuntusuna səbəb olmadığını vurğulayıb.

V. Quliyev
 

Reklam