Yaxın Şərqdəki gərgin vəziyyətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) regionuna da təsir edə biləcəyi istisna olunmur.
Reyting.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, Fars körfəzindəki böhran, Livandakı münaqişə, Suriyaya qarşı artan hərbi əməliyyatlar, Qəzza və İordan çayının qərb sahilindəki döyüşlər KTMT ölkələrinə də təsir edəcək: “Bu, bizim regiondan da yan keçməyəcək. Mən Antalyada keçirilən beynəlxalq diplomatik konfransdan təzə qayıtmışam və deyə bilərəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər iştirakçıların çıxışlarında təkcə Fars körfəzində deyil, həm də Xəzər dənizi, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün böhranın nəticələri ilə bağlı çox ciddi narahatlıq var idi”.
Y. Qacar