Advert
Advert

Lavrov Əraqçi ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

Tarix:
Lavrov Əraqçi ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Reklam

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə Yaxın Şərqdəki yeni münaqişəni müzakirə ediblər.

Reyting.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı İranın təşəbbüsü ilə baş tutub.

Bildirilir ki, nazirlər Yaxın Şərqdəki yeni münaqişə ətrafındakı inkişafları, bir sıra dövlətlərin gərginliyi azaltmaq üçün gördüyü səyləri ətraflı müzakirə ediblər. 

Qeyd olunur ki, nazirlər Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsini, ABŞ və İsrailin İran İslam Respublikasına qarşı təcavüzünün digər nəticələrinin aradan qaldırılması yolları ilə bağlı BMT Təhlükəsizlik Şurasının müzakirələrinin gedişi barədə də fikir mübadiləsi aparıblar.

E. Kamal
 

Reklam