Rusiyanın xarici işlər nazirləri Sergey Lavrov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Fars körfəzi bölgəsində hərbi-siyasi vəziyyətin görünməmiş dərəcədə gərginləşməsini müzakirə ediblər və hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.
Reyting.az xəbər verir ki, nazirlər Fars körfəzi bölgəsində hərbi və siyasi vəziyyətin görünməmiş dərəcədə gərginləşməsi ilə bağlı etibarlı fikir mübadiləsi aparıblar.
Nazirlikdən verilən məlumata görə, insan tələfatına səbəb olan və həyati əhəmiyyətli mülki infrastruktura, o cümlədən silahlı qarşıdurmada iştirak etməyən ölkələrdə ciddi ziyan vuran hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyi qeyd edilib.
V. Quliyev