Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 23-də başa çatıb.
Reyting.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.