Advert
Advert

Laçın sərhəd-keçid məntəqəsi suverenliyin mühüm simvoludur

Tarix:
Laçın sərhəd-keçid məntəqəsi suverenliyin mühüm simvoludur
Reklam

“Azərbaycan rəhbərliyi dövlət müstəqilliyinin və suverenliyinin qorunması istiqamətində indiyədək həm ölkə daxilində, həm də xaricdə çoxsaylı işlər görüb. Məsələn, 2023-cü il aprelin 23-də Laçında sərhəd-keçid məntəqəsinin qurulması bu istiqamətdə atılmış vacib addımlardan biri idi. Bu hadisə həm də uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında yaradılan ilk rəsmi gömrük-buraxılış məntəqəsi kimi tarixə düşdü”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, professor Cümşüd Nuriyev bildirib. 

Professor Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etdikdən sonra Laçında sərhəd və gömrük-buraxılış məntəqəsinin yaradılmasının üçüncü ildönümünü şərh edərkən xatırladıb ki, Ali Baş Komandanın əmri ilə Laçın şəhərini qan tökülmədən işğaldan azad edilib. Onun sözlərinə görə, bu uğur Prezident İlham Əliyevin bir hərbi lider kimi həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

C. Nuriyev qeyd edib ki, Laçının azad edilməsindən sonra qarşıda duran əsas məsələlərdən biri sərhəd və gömrük nəzarətinin təmin olunması idi:

“Azərbaycan dövləti 2023-cü il aprelin 23-də Laçında sərhəd və gömrük məntəqəsi qurdu. Bununla Azərbaycan və Ermənistan arasında ilk rəsmi buraxılış və gömrük məntəqəsi yaradıldı. Həmin vaxtdan etibarən Qarabağa daxil olan yük avtomobilləri gömrük nəzarətinə cəlb edildi və rüsumların tətbiqinə başlanıldı. Xüsusilə, İrandan gələn yük avtomobilləri üzərində nəzarət gücləndirildi. Eyni zamanda, əraziyə qaçaqmalçılıq yolu ilə məhsul gətirilməsinin qarşısı alındı. Təbii ki, bu proses bəzi xarici mərkəzlərin qərəzli kampaniyaları ilə müşayiət olunurdu. Lakin nəticə etibarilə Azərbaycan dövləti öz suverenliyini tam şəkildə təmin etdi”.

Professor əlavə edib ki, Laçın sərhəd və gömrük məntəqəsinin yaradılması regionda baş verən digər proseslərə də təsirsiz ötüşməyib:

“Ən önəmlisi odur ki, Gorus istiqamətindən Qarabağa daxil olan bütün yük və məhsullar nəzarətə götürüldü. Beləliklə, iki ölkə arasında ilk real sərhəd və gömrük mexanizmi formalaşdırıldı. Bu məntəqə həm hüquqi, həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır və Azərbaycanın suverenliyinin möhkəmləndirilməsinə xidmət edir”.

Nemət Orucov
Reyting.az
 

Reklam