Advert
Advert

Küveytə hücumu hansı ölkə edib?

Tarix:
 Küveytə hücumu hansı ölkə edib?
Reklam

Atəşkəsdən sonra İran heç bir ölkəyə hücum etməyib.

Reyting.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bildirib.

Qeyd edək ki, dünən gecə Küveytdəki vacib obyektlərə dron hücumu qeydə alınıb. SEPAH isə elan edib ki, bu hücumun onlarla əlaqəsi yoxdur.

“Müxtəlif xəbər agentlikləri Fars körfəzinin cənubundakı bəzi ölkələrdəki obyektlərə edilən pilotsuz təyyarə və raket hücumları barədə məlumatlar dərc ediblər. İran Silahlı Qüvvələri atəşkəs dövründə indiyə qədər heç bir ölkəyə atəş açmayıb. Əgər bu media xəbərləri doğrudursa, bu, şübhəsiz ki, sionist düşmənin və ya ABŞ-ın işidir. İran Silahlı Qüvvələri hər hansı bir hədəfə zərbə endirərsə, bunu cəsarətlə rəsmi açıqlama ilə elan edəcəklər. İranın açıqlamalarında qeyd olunmayan hər hansı bir hərəkətin bizimlə heç bir əlaqəsi yoxdur”,- SEPAH bildirib.

V. Quliyev
 

Reklam