Advert
Advert

Kuba prezidenti: ABŞ-ın bizdən nəsə tələb etmək haqqı yoxdur

Tarix:
 Kuba prezidenti: ABŞ-ın bizdən nəsə tələb etmək haqqı yoxdur
Reklam

“ABŞ-ın mənim istefamı tələb etmək hüququ yoxdur. Hakimiyyətdə qalıb-qalmayacağına yalnız Kuba xalqı qərar verə bilər”.

Reyting.az xəbər verir ki, bunu Kuba prezidenti Migel Dias-Kanel deyib. 

"Əgər Kuba xalqı mənim vəzifələrimi yerinə yetirmədiyim qənaətinə gələrsə, onda mən prezident olmamalıyam və mən onlara cavab verəcəyəm", - deyə o, “NBC News”-a müsahibəsində bildirib:

"ABŞ bizə heç nəyi zorla qəbul etdirə bilməz. Kubaya qarşı düşmənçilik siyasəti yürüdən ABŞ hökumətinin Kubadan heç nə tələb etməyə haqqı yoxdur".

V. Quliyev
 

Reklam