Advert
Advert

Kreml dörd ölkəyə çox qəzəblidir

Tarix:
 Kreml dörd ölkəyə çox qəzəblidir
Reklam

Hazırda Ukrayna son dərəcə ağır vəziyyətdədir və çıxış yolu tapmaqda acizdir.

Reyting.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “YouTube” kanalında danışıb. 

Onun sözlərinə görə, Ukraynanın praktiki olaraq sənaye potensialı yoxdur: 

“Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə buraxdığı pilotsuz uçuş aparatları Böyük Britaniya, Almaniya, Polşa və Fransanın köməyi ilə istehsal edilir”. 

Ekspertin fikrincə, Moskvanın bu ölkələrə qəzəblənməsi də bu səbəbdəndir. 

Makqreqor Ukraynanın gələcəyi ilə bağlı proqnoz da verib: “Gələn il bu münaqişədən danışsaq, çox təəccüblənərdim. Bunun sonu pis olacaq”.

E. Kamal
 

Reklam