Advert
Advert

Kosmosa taxta peyk buraxmağa hazırlaşırlar

Tarix:
Kosmosa taxta peyk buraxmağa hazırlaşırlar
Reklam

Yerin aşağı orbitində taxta peyk XX əsrin elmi-fantastik romanlarında oxuduğumuz fantaziya kimi səslənir. Yapon alimləri ekoloji problemi həll etmək üçün bu ideyanı həyata keçiriblər. 

Reyting.az xəbər verir ki, “Advances in Space Research” jurnalı bununla bağlı aparılan araşdırmanın nəticələrini dərc edib.

Məqalədə deyilir ki, tikinti texnologiyasında istifadə edilən ənənəvi materiallar missiyaları tamamlandıqdan sonra da ətraf mühiti çirkləndirməyə davam edir. Bunu həll etmək üçün Kioto Universitetinin mütəxəssisləri aerokosmik sənayenin tərəfdaşları ilə birlikdə ağacdan hazırlanmış LignoSat adlı miniatür taxta peyk yaradıb və uğurla sınaqdan keçiriblər.

V. Quliyev
 

Reklam