Yasamal rayonu ərazisində yerləşən “Doktor Davud” klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.
Reyting.az xəbər verir ki, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixstisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub.
Bildirilir ki, Davud Qüdrətov ixtisasca pediatr olsa və bu sahə üzrə sertifikasiyadan keçsə də, klinikaya müraciət edən xəstələrə qastroenteroloji tibbi xidmət göstərib.
Bundan başqa, yoxlama aparılarkən həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmayıb. Eyni zamanda lisenziyada ixtisas növləri verilən terapevtik, qastroenteroloji, nevropatoloji, ginekoloji işlər üzrə təqdim edilən davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilib.
Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı klinikada klinki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmadığı üzə çıxıb.
Qeyd edək ki, nazirlik tərəfindən “Doktor Davud” klinikası ilə bağlı protokol tərtib edilərək baxılıması üçün məhkəməyə göndərilib. Klinika məhkəmə qərarı ilə 6000 manat cərimələnib.(Teleqraf)