Advert
Advert

Kiyev BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edir

Tarix:
Kiyev BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edir
Reklam

Rusiyanın Ukraynaya gecə saatlarında kütləvi hücumu nəticəsində daha 4 nəfər həlak olub, 100-ə yaxın şəxs isə yaralanıb.
 
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa “X” sosial media hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, Ukraynanın beynəlxalq təşkilatlardakı nümayəndəliklərinə Rusiyanın Kiyevə raket zərbəsi endirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının, eləcə də ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumu və ATƏT Daimi Şurasının birgə iclasının keçirilməsinə təşəbbüs göstərməyi tapşırıb.
 
Sibiqanın fikrincə, Ukraynanın diplomatik nümayəndəlikləri paytaxta dünənki “barbar raket zərbəsi”nə cavab vermək üçün çoxtərəfli mexanizmlərdən maksimum istifadə etməlidir.

Y. Qacar

Reklam