Ukrayna Avropa ölkələrinə Rusiya ilə mümkün sülh danışıqlarının bərpasına qoşulmağı təklif edib.
Reyting.az xəbər verir ki, “Politico”nun yaydığı məlumatda bu təşəbbüsün qarşılıqlı atəşkəsdən ibarət olduğu bildirilir.
Bu təkliflə Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa çıxış edib. Onun sözlərinə görə, Avropanın Ukrayna münaqişəsi ətrafında sülhməramlı səylərdə yeni rola ehtiyacı ola bilər.
Sybiqa bəyan edib ki, vəziyyətin atəşkəs yolu ilə həlli mümkünlüyü müzakirə olunur.
O, həmçinin bildirib ki, Ukrayna Prezidenti V. Zelenski bu məsələni artıq bir neçə Avropa lideri qarşısında qaldırıb.
Y. Qacar