Advert
Advert

Kiyev Ankaraya vasitəçi olmağı təklif edib

Tarix:
Kiyev Ankaraya vasitəçi olmağı təklif edib
Reklam

Ukrayna Xarici İşlər Nazirliyi Türkiyənin Kiyev-Moskva görüşünü təşkil etmək məsələsinə aydınlıq gətirib.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Antalya Diplomatiya Forumu çərçivəsində “Ukrinform”a müsahibəsində bildirib. 

Nazir deyib ki, Ukrayna Türkiyəyə Ukrayna prezidenti Zelenski ilə Putin arasında görüş təşkil etmək təklifi ilə müraciət edib: “Biz rəsmi Ankaradan Türkiyədən prezidentlər Zelenski və Putin arasında Rəcəb Tayyib Ərdoğan və Donald Trampın mümkün iştirakı ilə görüş təşkil etməyi nəzərdən keçirməsini xahiş etdik. Biz bu görüşə hazırıq, amma Rusiya tərəfi belə görüşdən “qaçır”.

E. Kamal
 

Reklam