Advert
Advert

Kişilərdə narsisizm qadınlara nisbətən daha güclüdür 

Tarix:
Kişilərdə narsisizm qadınlara nisbətən daha güclüdür 
Reklam

Elm adamları müxtəlif ölkələrdən olan vətəndaşlar arasında özünəvurğunluğun (narsisizm) ən yüksək həddini araşdırıblar. Tədqiqatçılar çox maraqlı nəticələr əldə ediblər. 

Reyting.az-ın məlumatına görə,  "Psychological Science” jurnalındakı məqalədə yazılıb ki, bu tədqiqatlarda 53 ölkədən olan və sayı təxminən 45 min nəfəri ötən hər bir insanın məlumatları ətraflı təhlil edilib. 

Araşdırmalar göstərir ki, fərdiyyətçiliyin və özünəvurğunluğun simvolu hesab edilmiş ABŞ bu siyahıda 16-cı yerdədir. 

Bu araşdırma həm də gözlənilməz nəticələrlə yadda qalıb.

Məlumata görə, ən yüksək göstəricilər Almaniyada, İraqda, Çində, Nepalda və Cənubi Koreyada qeydə alınıb. Bu məlumatlar göstərir ki, eqosentrizm (sadə dildə mənəm-mənəmlik-red.) təkcə Qərb cəmiyyətlərinə xas deyil.

Alimlər narsisizmin iki əsas formasını qeyd edir: diqqət və heyranlıq istəyi, o cümlədən rəqabət, həm də üstünlüyə meyllilik. Məlum olub ki, lider ölkələrdə daha çox sərt rəqabət yönümlü formalara üstünlük verilir.

Siyahının sonlarında Serbiya, İrlandiya, Böyük Britaniya, Niderland və Danimarkadır. Tədqiqatlara görə, bu ölkələrdə təvazökarlıq, empatiya kimi dəyərlər daha güclüdür.

Elm adamları həmçinin vurğulayıblar ki, bu tədqiqatlar narsisizmin gənclər arasında daha da yüksəldiyini və yaş artdıqca azaldığını da müşahidə ediblər. 

Alimlər bildirirlər ki, ümumiyyətlə, orta hesabla götürəndə kişilərdə narsisizm xüsusiyyəti qadınlara nisbətən daha da çoxdur.

Oqtay Qorçu
 

Reklam