Güclü yağış və subasma nəticəsində yaranmış problem səbəbindən Bakının Keşlə qəsəbəsində 97 sakin təhlükəsiz yerə təxliyə olunub.
Reyting.az xəbər verir ki, bunu jurnalistlərə Fövqəladə Hallar Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov deyib.
Onun sözlərinə görə, Nizami rayonu, Keşlə qəsəbəsində su kollektorlarında baş vermiş nasazlıqdan suyun təsirinə məruz qalan ərazilərdə FHN-nin müvafiq qüvvələri tərəfindən tədbirlər davam etdirilir.
"FHN əməkdaşları gecə saatlarında da fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirir. Son məlumata görə, 97 vətəndaş təhlükəsiz yerə təxliyə olunub. FHN əməkdaşları ərazidə suyun çəkilmə işlərini davam etdirir", - o bildirib.