Advert
Advert

Keçmiş prezident: Sandu və onun partiyası Moldovanı məhv etməyi hədəfləyir

Tarix:
Keçmiş prezident: Sandu və onun partiyası Moldovanı məhv etməyi hədəfləyir
Reklam

Prezident Maya Sandu və onun hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) Moldova dövlətini dağıtmağı hədəfləyirlər. 

Reyting.az xəbər verir ki, belə bir iddia ilə müxalifətdə olan Kommunist Partiyasının lideri, keçmiş prezident Vladimir Voronin çıxış edib.

Parlament üzvü Voronin deyib: 

"Dövlətin bu qədər alçaqcasına, qəsdən məhv edilməsi tarixdə heç vaxt baş verməyib. Onlar hər şeyi dağıdırlar. Bu, məntiqə, əxlaqa və insan vicdanına ziddir. Onlardan əvvəl heç kim belə qanunsuzluğa, kobudluğa və təkəbbürə yol verməyib". 

Voronin hakimiyyətin rayonların və kəndlərin birləşdirilməsini nəzərdə tutan inzibati-ərazi islahatını da tənqid edib:

"Bu o deməkdir ki, mövcud otuz iki rayondan iyirmisi ləğv ediləcək. Heç kim rayon administrasiyalarında çalışan insanların aqibəti və ya yerlərin necə idarə olunacağı barədə danışmır; vəziyyət tamamilə anlaşılmazdır".

Qeyd olunur ki, Sandu və onun partiyası hakimiyyətə gəldikdən sonra Moldova ciddi iqtisadi böhranla üzləşib. Ölkə daxilində kütləvi etirazlar baş verib, nümayişçilər dövlət başçısının və hökumətin istefasını tələb edib, qiymətlərin kəskin artmasına, yoxsulluğa, korrupsiyaya və hərbi quruculuğa görə hakimiyyəti ittiham ediblər ki, bu da ölkənin konstitusiya neytrallığını pozur.

Y. Qacar
 

Reklam