Advert
Advert

Keçmiş prezident ağır cinayətdə ittiham olunur

Tarix:
Keçmiş prezident ağır cinayətdə ittiham olunur
Reklam

Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri Filippinin keçmiş prezidenti Rodriqo Duterteyə qarşı ağır cinayət ittihamlarını yekdilliklə təsdiqləyiblər.

Reyting.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İddiaya görə, o, Davao meri və prezident vəzifəsində çalışarkən ölümcül narkotik əleyhinə əməliyyatlarda insanlığa qarşı cinayətlər törədib.

Prokurorların sözlərinə görə, hazırda 81 yaşı olan Dutertenin rəhbərlik etdiyi polis və ölüm dəstəsi üzvləri 2011-ci ildən başlayaraq qətllər törədiblər. Dutertenin prezidentliyi dövründə ölənlərin sayı ilə bağlı təxminlər fərqlidir: polis 6000-dən çox insanın öldüyünü bildirir, insan haqları təşkilatları isə bu rəqəmin 30.000-ə qədər olduğunu iddia edir.

Duterte ötən il Filippində həbs edilib və Haaqaya köçürülüb. O, hər hansı bir qanun pozuntusunu rədd edir və məhkəməyə gəlməyib. Hələlik məhkəmə tarixi təyin edilməyib.

Narkotik əleyhinə əməliyyatlarda həlak olanların ailələri qərarı sevinclə qarşılayıblar. 

V. Quliyev
 

Reklam